Polislərin geyim formaları barədə şad xəbər
30 avqust 2012 10:08 (UTC +04:00)

Polislərin geyim formaları barədə şad xəbər

Nazirlər Kabineti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə Qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi barədə” 2006-cı il 20 dekabr tarixli 267 nömrəli qərarında dəyişikliklər edib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən geyim formasına istifadə müddəti 3 il olmaqla 1 ədəd qış səhra gödəkcəsi əlavə edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşlarına veriləcək qış papağı isə artıq 1,5 il üçün nəzərdə tutulacaq. Bununla bərabər, Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinə aşağıdakı geyimlər də veriləcək.

Qış səhra papağı -1 ədəd, 2 il

Qış səhra gödəkcəsi – 1 ədəd, 3 il

Qadın üçün gündəlik şalvar - 1 ədəd, 1 il

Qadın üçün yay şalvarı – 1 ədəd, 1 il
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3406

Oxşar yazılar