Nəsimi və Xətai RPİ-də monitorinq keçirilib - FOTO
ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində Nəsimi və Xətai RPİ MST-larında monitorinq həyata keçirilib. Lent.az-ın məlumatına görə, monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb. Monitorinq zamanı müvəqqəti saxlama təcridxanasına, o cümlədən saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə otaqlarına baxış keçirilib.
Eyni zamanda təqsirləndirilən və şüphəli bilinən şəxslərin qeydiyyat və tibbi müayinə jurnalı ilə tanış olunub.
Nəsimi RPİ MST-da 2 saxlanılan şəxs olub. Lakin monitorinq aparılan müddətdə onlar zəruri istintaq hərəkətlərinin aparılması üçün ifadə verməyə aparılıb.
Xətai RPİ MST-də 1 saxlanılan şəxs olub. Onun saxlama şəraiti və rəftar ilə bağlı hər hansı bir şikayəti olmayıb.
1540