AMEA doktoranturaya qəbulla bağlı sərəncam verdi
28 avqust 2012 16:35 (UTC +04:00)

AMEA doktoranturaya qəbulla bağlı sərəncam verdi

Nazirlər Kabineti 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul elan edir.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov respublikanın digər elmi müəssisə və təşkilatları üçün (Təhsil Nazirliyi istisna olmaqla) fəlsəfə doktoru hazırlığı üzrə qəbul planı təsdiq edildiyini və buna uyğun olaraq AMEA Rəyasət Heyətinin qəbulun elan edilməsi və təsdiq olunmuş yerlərin müəssisələr arasında bölüşdürülməsi haqqında sərəncam imzaladığını bildirib.
Təsdiq olunmuş qəbul planına uyğun olaraq AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru hazırlığı üzrə 288 yer (158 əyani, 130 qiyabi), respublikanın digər elmi müəssisə və təşkilatları üçün isə 189 yer (103 əyani, 86 qiyabi) ayrılıb. Doktoranturaya qəbul haqqında ətraflı məlumat (fəlsəfə doktoru hazırlığı üzrə) AMEA-nın mətbuat orqanı olan “Elm” qəzetinin 30 avqust buraxılışında dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461

Oxşar yazılar