Azərbaycanlı cərrahlara xüsusi dəvət - FOTO
Sentyabrda Türkiyədə Dünya Endouroloji Konfransı keçiriləcək. Lent.az-ın məlumatına görə, təşkilatçılar ölkəmizdə endourologiya sahəsində xüsusi xidmətləri olan həkimləri bu konfransa dəvət ediblər. Lent.az-ın məlumatına görə, Dünya Endourologiya Konfransının Azərbaycan üzrə əlaqələndiricisi, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi urologiya uzmanı Dr. Rəşad Məmmədov bildirib ki, 2011-ci ildən ölkəmizdə laparoskopik uroloji əməliyyatları tətbiq etdikdən sonra dünyanın bu sahə üzrə mütəxəssislərinin və alimlərinin diqqəti Azərbaycana yönəlib: “Öncəki konfranslarda laparoskopik uroloji əməliyyatların nəticələrini məruzə etməmiz Azərbaycanda səhiyyənin günü gündən inkişafının bir sübutu idi. Təbi ki, bütün bu nailiyyətlər dünya konfransının təşkilatçılarının diqqətini bizə yönəltdi. Biz bu konfransda laparoskopik urologiyadakı nailiyyətlərimizi və ən son nəticələrimizi məruzə edəcəyik. Ümid edirəm gələcəkdə biz beynəlxalq statuslu konfransların vətənimizdə keçirilməsinə müvəffəq olacağıq.”
Xatırladaq ki, Dr. Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yol ilə böyrək çıxarma) edən cərrahdır. Onun elmi işi beynəlxalq mükafata layiq görülüb.
Jalə
Xatırladaq ki, Dr. Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yol ilə böyrək çıxarma) edən cərrahdır. Onun elmi işi beynəlxalq mükafata layiq görülüb.
Jalə
2299