Paytaxtın yol polisindən sürücülərə müraciət
Bu səbəbdən də şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin inspektoru, baş leytenant Razi Zeynalov Lent.az-a açıqlamasında bildirib ki, yollarda tıxacların qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilib. O, nəqliyyat vasitəsizlərinin təhlükəsiz və maneəsiz hərəkətinin təmini məqsədi ilə əhalinin avtomobil sahiblərinə müraciət ünvanlayıb: “Əhalidən fərdi nəqliyyat vasitələrinin sürücüləri küçə və prospektlərində nəqliyyat sıxlığının və tıxacların qarşısının alınması məqsədi ilə öz şəxsi avtomobillərindən mümkün qədər az istifadə edərək, ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur. Eyni zamanda yük avtomobillərinin sahiblərinin də nəzərinə çatdırmaq istəyirik ki, şəhərin küçə və prospektlərində yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub. Belə ki, Bakı şəhərində 08:00-dan 21:00-dək yük avtomobillərin hərəkəti qadağan edilib. Buna görə də şəhərdə fəaliyyət göstərən iş adamlarından xahiş olunur ki, yük və iri qabaritli avtomobillərin iş qrafikinə dəyişiklik etməklə, şəhərə yüklərin daşınmasını axşam saat 21:00-dan 08:00-dək həyata keçirsinlər”.
2649