Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya sənəd verənlərin sayı açıqlanıb
25 avqust 2012 14:40 (UTC +04:00)

Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya sənəd verənlərin sayı açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu il rezidenturaya 1000 nəfərdən artıq şəxs sənəd verib.



Rezidenturaya sənəd qəbulu avqustun 15-dən 24-ü saat 17.00-dək aparılıb.



Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da olacaq. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürülməlidir.



Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.



İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.



İxtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1442

Oxşar yazılar