Temperatur yüksəlir
26 avqust 2012 00:10 (UTC +04:00)

Temperatur yüksəlir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 26-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.



Havanın temperaturunun gecə 20-25, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2243

Oxşar yazılar