TQDK-dan magistrlərə xəbərdarlıq
22 avqust 2012 16:32 (UTC +04:00)

TQDK-dan magistrlərə xəbərdarlıq

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlara müraciət edib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul olanlar 24 avqust 2012-ci il saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661

Oxşar yazılar