Təhsil Nazirliyi müəllimlərin vakant yerləri ilə bağlı seçimə başlayıb
20 avqust 2012 11:25 (UTC +04:00)

Təhsil Nazirliyi müəllimlərin vakant yerləri ilə bağlı seçimə başlayıb

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar avqustun 19-dan 24-dək “Şəxsi səhifə”lərinə daxil olmaqla, ən çoxu 4 yer seçə bilərlər.

Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı avqustun 24-də saat 18.00-da başa çatacaq və yerləşdirmə aparılacaq.

Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndəriləcək. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587

Oxşar yazılar