Bakıda yeni məscid tikiləcək
Azərbaycan prezidenti İlham Əliyev Bakıda yeni məscid kompleksinin tikilməsi ilə bağlı sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə yeni məscid kompleksinin tikintisi üçün Binəqədi rayonu ərazisində torpaq sahəsinin ayrılmasını təmin etmək tapşırılıb.
Yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 10,0 (on) milyon manat vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırlıb.

3142