Bu gün bayram axşamıdır
18 avqust 2012 12:35 (UTC +04:00)

Bu gün bayram axşamıdır

“Bu gün bayram axşamı, sabah isə Ramazan bayramıdır”. Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

R. Dadaşovanın sözlərinə görə, bayram namazı sabah saat 09:00 radələrində “Təzə Pir” və eləcə də digər məscidlərdə qılınacaq: “Bayram günü ayın görünməsi ilə müəyyən olunur. Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən bildirmək istəyirəm ki, bu gün müqəddəs Ramazan bayramı axşamıdır. Bu münasibətlə bir daha xalqımızı təbrik edirik”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə avqustun 19-u və 20-si bayram günləri hesab olunur. Ayın 19-u bazar gününə (qeyri-iş günü) düşdüyü üçün avqustun 21-də qeyri-iş günü hesab olunur.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3019

Oxşar yazılar