ARDNŞ Ali Neft Məktəbinə qəbul olanlara müraciət edib
18 avqust 2012 12:26 (UTC +04:00)

ARDNŞ Ali Neft Məktəbinə qəbul olanlara müraciət edib

Lent.az-ın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı Ali Neft Məktəbinin rektorluğu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi müsabiqə nəticəsində ali məktəbə qəbul olmuş şəxslərin nəzərinə çatdırır ki, Bakı şəhəri, Xocalı prospekti 30 ünvanında yerləşən binada əsaslı təmir işləri davam etdiyinə görə tələbələrin qeydiyyatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizami rayonu, A.Manafov küçəsi, 1 ünvanında (8-ci kilometr qəsəbəsi) yerləşən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin binasında keçiriləcək.


Qeydiyyat avqust ayının 22-dən 31-nə kimi keçiriləcək. Qeydiyyatdan keçmək üçün attestatın əsli, şəxsiyyət vəsiqəsinin əsli və surəti, abituriyentin test imtahanlarında əldə etdiyi nəticələr haqqında məlumat vərəqinin surəti, tərcümeyi-hal, çağırış vərəqəsi və ya hərbi bilet (oğlanlar üçün), sağlamlıq haqqında arayış və 3x4 ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2515

Oxşar yazılar