Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb
17 avqust 2012 20:26 (UTC +04:00)

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb

2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən aparılan ixtisas seçiminin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, nəticələr komissiyanın internet saytında yerləşdirilib. Bundan başqa, “Azercell” abunəçiləri iş nömrəsini 7727-yə mesajla göndərməklə nəticəni öyrənə bilərlər.

Ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 38 minə yaxın abituriyentdən 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib. Abituriyentlərdən 2000-dən çoxu ixtisas seçimi etməyib.

Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2143

Oxşar yazılar