Sentyabrda 50 məktəb istifadəyə veriləcək
“2007-ci ildən etibarən xaricdə təhsil siyasətində tamamilə yeni mərhələ başlandı. Belə ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı qəbul olunub. Bu proqram çərçivəsində indiyə qədər 1200-ə qədər azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndəriliblər”. Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində təhsil nazirinin müavini Qulu Novruzov bildirib.
Nazir müavini qeyd edib ki, tələbələrimizin böyük əksəriyyəti təhsillərini başa vuraraq geri qayıdırlar, bir qismi isə qalıb təhsillərini növbəti pillələrdə davam etdirirlər. Bütövlükdə, xaricdə qalanların sayı çox deyil”.
Məktəb tikintisi məsələsinə də toxunan Q. Novruzov vurğulayıb ki, nazirlik tərəfindən bu gün tikinti-təmir işləri aparılan müəssisələrin sayı 70-ə yaxındır. Onlardan 54-ü yeni məktəb tikintisidir, 6-sı əlavə korpusların tikintisidir: “O cümlədən, 10 məktəbdə və 1 internat məktəbində əsaslı təmir işləri aparılır. Tikintisi aparılan yeni məktəb binalarının 50-ə yaxını yeni dərs ilində istifadəyə veriləcək”.

1285