Ali məktəblərə yerləşdirmənin nəticələri avqustun 17-18-də açıqlanacaq
10 avqust 2012 11:36 (UTC +04:00)

Ali məktəblərə yerləşdirmənin nəticələri avqustun 17-18-də açıqlanacaq

Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Komissiya sədrinin sözlərinə avqustun 17-18-də ali məktəblərə yerləşdirmənin nəticələri açıqlanacaq. Avqustun 22-dən qəbul olanların qeydiyyatı başlayacaq: “Avqustun 22-dən 31-dək ali məktəblərə qeydiyyat aparılacaq”.

M. Abbaszadə valideynlərə və abituriyentlərə çağırış edərək bildirib ki, ixtisas seçərkən diqqətli olsunlar: “Sonradan narazılıqların olmaması üçün düzgün ixtisas seçimi aparılmalıdır. Bunun üçün ixtisas seçiminin şərtləri ilə tanış olmaq lazımdır”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136

Oxşar yazılar