Bu gün 500 milyon canlının bayramıdır
Tarixi mənbələrə inansaq, onlar 10 min ildən çoxdur ki, insanlarla bir yerdədirlər.
30 qabırğalı, 24 dişli bu varlığa evlərimizdə də rast gəlmək mümkündür. Düzdür, bizdən az yaşayırlar, amma ömürləri boyu 100 bala dünyaya gətirə bilirlər.
Bizim kimi təmiz havanı çox sevirlər, buna görə də evdə daim pəncərə açıq olmalıdır.
Onları qucaqlayarkən quyruğunun əsməsi, onun sizə göstərə biləcəyi sevgisinin ən gözəl sübutudur. Mırıldamağı sevirlər. Amma təkcə onlara xoş olanda mırıldamırlar, onlar bununla həm də öz ağrılarını büruzə verirlər. Hə, onlar insandan çox, yüz cür səs çıxara bilirlər. Hər səsin də, necə deyərlər, öz təyinatı var.
İnanın onlara tumar çəkən zaman, ürək döyüntünüz yavaşlayır və təzyiqiniz aşağı düşməyə başlayır. İnsan kimi onların əl izləri də müxtəlifdir. Yəni bir əl izi eyni pişikdə ola bilməz.
Müxtəlif ölkələrdə ilin bir günü onların bayramı hesab olunur. Rusiyada martın 1-də, ABŞ-da oktyabrın 29-da, Polşada fevralın 17-də, Yaponiyada fevralın 27-də.
Azərbaycanda onların bayram günü yoxdu. Amma bir paket dadlı, yağlı “Viskas” onlar üçün hər gün bayram deməkdir.
Yəqin bildiniz söhbət bayaqdan nədən gedir. Hə, bu gün onların bayramıdır, Ümumdünya Pişik Günüdür. Dünyada sayı 500 milyondan çox olan bu canlıların bayramıdır.
Səbuhi

816