Hava yenə isti olacaq
09 avqust 2012 00:10 (UTC +04:00)

Hava yenə isti olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-26, gündüz 36-38 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Qeyd edək ki, yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir, hava əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi üstünlük təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar