Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsinə qeydiyyat davam edir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Lent.az-a bildirib ki, artıq 230 mindən artıq qeydiyyatdan keçənlər var.
İdarə rəhbəri "Virtual məktəb"də qeydiyyatdan keçib layihə vasitəsilə müəllimlərlə ünsiyyət yarada bilmədiklərini açıqlayan valideynlərin suallarına da aydınlıq gətirib: "Hələ ki şagirdlərin qeydiyyatı aparılır. Müəllimlərin prosesə cəlbi növbəti mərhələdə baş tutacaq. Şagirdlər sistemə daxil olub dərslərə baxa və verilən testləri həll edə bilərlər".