"Virtual məktəb" layihəsinə müəllimlərin qeydiyyatı başlayıb - RƏSMİ
14 aprel 2020 23:44 (UTC +04:00)

"Virtual məktəb" layihəsinə müəllimlərin qeydiyyatı başlayıb - RƏSMİ

"Aprelin 2-dən start götürən "Virtual məktəb" layihəsində artıq 250 mindən çox şagirdimiz elektron qeydiyyatdan keçiblər və layihənin funksionallığından istifadə etməyə başlayıblar".
Lent.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin "Hədəf" verilişində deyib.
Nazir hazırda "Virtual məktəb" layihəsində təqdim olunan materiallar barəsində də məlumat verib:"Hər həftə teledərslərin format və məzmununa uyğun olaraq bütün fənnlərlə bağlı ev tapşırıqları verilir və şagirdlər həmin tapşırıqları həll edərək cavablarını yerləşdirə bilirlər. Online rejimde onlara cavabların düzgün və ya səhv olması barədə məlumat  da gəlir".
Nazir bildirib ki, şagirdlərin daha da stimullaşdırılması üçün Təhsil Nazirliyi hazırda platforma ilə bağlı əlavə tədbirlər və mesajlar üzərində işləyir və yaxın günlərdə  şagirdlərə bu barədə məlumat veriləcək.
Nazir onu da qeyd edib ki, artıq müəllimlərin də bu layihədə qeydiyyatına start verilib: "Hazırda müəllimlərin layihəyə qəbulu sürətli şəkildə aparılır. Yaxın günlərdə daha sistemli şəkildə bu layihədən istifadə etmək mümkün olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3651
avatar

Aygün İbrahimli

Oxşar yazılar