“Təmsil etdiyim İmişli rayonunda örüş yerri problemi var. Bir tərəfdə döyülən, söyülən vətəndaş, digər tərəfdə isə polis...”
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
O bildirib ki, İmişlidə əhali heyvanlar üçün örüş yeri tapmır: “Uğursuz torpaq islahatı əsasında torpaqlar pay-püş edilib. Böyük torpaq sahələrinin əksəriyyəti Bakıda oturan məmurlara və rayonda icra hakimiyyətlərinə aiddir. Tələsik torpaq islahatı aparanlar bu gün məsuliyyət hiss etməlidir. Biz torpaqlarla bağlı yeni qanun layihəsi hazırlamalıyıq. Torpaqlar xalqa qaytarılmalıdır. Rayonlara təyin edilən yeni icra başçıları təkbaşına işləyə bilməyəcəklər. Torpaqlarla bağlı qanun layihəsini yenidən təkmilləşdirməklə biz onlara kömək etmiş olarıq”.