“Təhsil müəssisələrində karantin yox, tətil elan edilib" - Nazir
16 oktyabr 2020 11:28 (UTC +04:00)

“Təhsil müəssisələrində karantin yox, tətil elan edilib" - Nazir

“Təhsil müəssisələrində karantin yox, tətil elan edilib. Yəni hər hansı formada dərs aparılmayacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, söhbət burada payız tətili ilə yerdəyişmədən gedir: “Əvvəlki dövrlə müqayisədə son günlər virusun yayılması daha sürətlidir. Cəbhədə baş verən hadisələrə görə 1221 məktəbdə tədrisi təşkil edə bilmərik. Məktəblərdə koronavirusa kütləvi yoluxmaya rast gəlməmişik, ancaq şagirdlər, müəllimlər nəqliyyatla dərsə gəlir, onlar da yoluxmanın artmasına səbəb ola bilər. Bu qeyri-müəyyənlik halında iki həftə gözləmək məqsədəmüvafiqdir. İnternetlə bağlı müəyyən platformalar da işləyir. Yəqin oktyabrın sonlarında, noyabrın əvvəlində internetlə bağlı məsələ ilə əlaqədar da ictimaiyyətə məlumat veriləcək. İnanırıq ki, qısa müddətdə Azərbaycan Ordusunun zəfər yürüşü uğurla nəticələnəcək və cəbhə bölgəsindəki məktəblər də tədrisə qayıdacaq”.

E. Əmrullayev qeyd edib ki, tətil elan edilən günlər kompensasiya ediləcək: “İrəlidə olan tətil günlərini istifadə edirik, tədris müddəti azaldılmır. Mövcud tətil günlərini əvvələ keçiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar