Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə “TRUST” Mühafizə Şirkəti “Biz birlikdə güclüyük” aksiyasına qoşulub.
APA-nın məlumatına görə, bu gün şirkət əməkdaşları Sumqayıt şəhəri, həmçinin Corat, Saray və Ceyranbatan qəsəbələrində 450 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət bağlamalar təqdim ediblər.
Şirkət xüsusi karantin rejimi müddətində bu prosesin davam edəcəyini bildirib.