"Süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub" - TƏBİB
15 aprel 2020 17:24 (UTC +04:00)

"Süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub" - TƏBİB

“Ölkə daxilində yoluxma halları əksər hallarda erkən aşkarlanıb”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O bildirib ki, bununla da süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub: “Bizim üçün ən önəmlisi budur. Erkən diaqnoz çox önəmlidir. Vətəndaşlarımıza bununla bağlı xüsusi müraciət edirik ki, özlərində simptomları hiss edərkən təcilli tibbi yardıma müraciət etsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Oxşar yazılar