"Sağlam insanların adi halda maskadan istifadə ettməsi düzgün deyil" - Nazir müavini
23 mart 2020 22:29 (UTC +04:00)

"Sağlam insanların adi halda maskadan istifadə ettməsi düzgün deyil" - Nazir müavini

“Xəstə insanlar kimisə yoluxdurmamaq üçün tibbi maskadan istifadə etməlidirlər”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında apteklərdə tibbi maska çatışmazlığı ilə bağlı sualı cavablandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V. Qasımov deyib ki, sağlam insanların adi halda maskadan istifadə ettməsi düzgün deyil: “Yalnız insanlar çox olan yerdə sağlam insanlar tibbi maskadan istifadə edə bilərlər”.

 

Nazir müavini tibbi maskaların xaricə aparılmasının qarşısının alınması üçün qadağa tətbiq olunduğunu da nəzərə çatdırıb.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Azərbaycanda kifayət qədər maska və qoruyucu vasitələrin olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663
avatar

Oxşar yazılar