"Qızdırmalı şagirdlərin imtahana buraxılmaması HAQSIZLIQDIR" - Ekspert
22 iyun 2020 14:39 (UTC +04:00)

"Qızdırmalı şagirdlərin imtahana buraxılmaması HAQSIZLIQDIR" - Ekspert

"Dövlət İmtahan Mərkəzinin pandemiya ilə əlaqədar həyata keçirdiyi qabaqlayıcı addımları təqdir edilməlidir. Ancaq imtahan günü qızdırması olanların imtahan keçirilən binalara buraxılmaması şagirdlərə qarşı haqsızlıqdır".

Bunu Lent.az-a təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, imtahan iştirakçılarının sağlamlığı və təhlükəsizliyi baxımından bu addımlar anlaşılan olsa da, mövcud vəziyyətdə bu qaydaların şagird və abituriyentlər arasında panika yaradacağı ehtimalı da nəzərə alınmalıdır: "Şəxsən öz adıma koronavirus səbəbilə abituriyentlərin imtahanlara buraxılmaması və ya nəticələrinin ləğv edilməsinin düzgün olmadığını düşünürəm. Nəzərə almaq lazımdır ki, mart ayının 3-dən tədris prosesi dayanıb, şagirdlər ciddi karantin rejimində yaşayıblar. Onları da anlamaq lazımdır. Ən azından əlavə otaq ayırmqla bu məsələni həll etmək olardı".

K.Əsədov imtahan verəcək şagirdlərə çağırış edib: "Şagirdlərə imtahan günü günün altında çox dayanmamağı, imtahana gələrkən əlavə soyuq su gətirmələrini və imtahan binasına daxil olanda əl-üzlərini yumağı tövsiyə edirəm. Bu səbəblə onların taleyi ilə oynamaq və sentyabra saxlamaq haqsızlıqdır. İndiyə qədər keçirilən imtahanlarda 60 mindən çox şagird iştirak etsə də, 30-a yaxın şagird hərarəti olması səbəbindən imtahana buraxılmayıb. Sayın azlığını nəzərə alsaq, DİM ayrıca otaq təşkil etməklə həmin şagirdlərə şərait yarada bilər.
Şagirdlərə səbrli olmağı, sanitar- epidimoloji qaydalara əməl etməyi tövsiyə edirəm. Əgər hansısa şagird bu səbəbdən imtahandan kənarlaşdırılırs, təkrar DİM-ə ərizə ilə müraciət edib, ona növbəti imtahanlarda iştirak etmək üçün şərait yaradılmasını tələb edə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12652
avatar

Aygün İbrahimli

Oxşar yazılar