Təhsil Nazirliyi "Qarabağın məşhur müəllimləri" adlı yeni layihəyə start verir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq.
Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.