"Ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil" - RƏSMİ
27 fevral 2020 11:01 (UTC +04:00)

"Ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil" - RƏSMİ

"Əsas işimiz məsuliyyətli ovçuluğun insanlara tanıdılmasıdır. Nəzərə almaq lazımdır ki, ovçu milliyyətindən asılı olmayaraq istər cəmiyyətə, istər təbiətə, istərsə də özünə qarşı risk obyektidir".

APA xəbər verir ki, bunu “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı forumda çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, qanuni ovçuluqla məşğul olmaq istəyənlər ovçuluq bileti əldə etməlidir: "Ovçuluq biletini əldə etmək üçün isə həmin şəxslər imtahan verməlidir. Amma bilet əldə etmək ova icazə verilməsi demək deyil. Ova çıxmaq üçün ov icazəsi, yəni lisenziya əldə edilməlidir. 2019-cu ildən xarici vətəndaşlara lisenziyaların verilməsini "ASAN xidmət" həyata keçirir. Digər vətəndaşlara icazələrin alınmasını isə yerli ərazi şöbələri aparır”.

H. Əlizadə bildirib ki, lisenziyaya münasibət birmənalı deyil: "Ovçuların əksəriyyəti lisenziyaların limitsiz ova icazə verməsini istəyir. Deyirlər ki, ovçuyamsa, istədiyim vaxt ova getməli və istədiyim sayda ov etməliyəm. Amma bu, düzgün yanaşma deyil. Lisenziyaların limiti ov sahələrinin sayına mütənasib təyin olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar