"O vaksini əldə edə biləcək ölkələrin sırasındayıq” - TƏBİB
16 oktyabr 2020 11:56 (UTC +04:00)

"O vaksini əldə edə biləcək ölkələrin sırasındayıq” - TƏBİB

“COVİD-19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli PROVAX proyektinin iştirakçısıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, dünyada vaksinlərlə bağlı gedən araşdırmaları çox yaxından izləyirlər: “Hazırda hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Amma insanlarda onun istifadəsi başlayanda orada hər hansı fəsadlar və insanlar üzərində əks-təsirlər qeyd olunur. Ona görə bu gün hansısa zaman vermək çox tezdir. Hələ tam bütün mərhələləri bitirən və hansısa beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur. Amma biz ölkə olaraq bütün prosesləri yaxından izləyirik və bütün proseslərin artıq iştirakçısıyıq. Əgər elə bir vaksin təsdiq olunarsa, o vaksini əldə edə biləcək ölkələrin sırasındayıq”.

TƏBİB-in şöbə müdiri Rusiyadan vaksin gətirilməsi məsələsinə də münasibət bildirib: “Vaksinin hansı ölkədə istehsal olunması hazırda əhəmiyyətli deyil. Rusiyada istehsal olunan peyvənd namizədi də hazırda beynəlxalq təşkilatlar tərəfindən araşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar