“Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən vətəndaşların statistikası günbəgün dəyişir”.
Bunu APA TV-yə müsahibəsində Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib: “Çünki bu gün ola bilər 2000 nəfər olsun, sabah 2500, başqa gün rəqəm 1500 ola bilər. Hazırda rəqəmlər dəyişsə də 2000-ə yaxın insan karantində saxlanılır. 14 gün saxlanılmasına gəlincə, daxil olanların labarator müayinəsi aparılır. Əgər müayinənin cavabı iki dəfə mənfi olarsa onlar evə buraxılır. O, insanlar ətrafdakılar üçün artıq təhlükəli olmur. Yoluxdurma təhlükəsi olmur, amma həmin insanlar yenidən yoluxa bilərlər. Həmin şəxslər özlərinə qarşı nəzarəti iki qat artırmalıdırlar ki, yoluxmasınlar”
Baş infeksionist deyir ki, koronovirusun təkrar yoluxdurma faktı mövcuddur: “Karantində olan insanlar darıxmamalıdırlar. Həkimin qərarı ilə buraxılmanın zamanını gözləməlidirlər. Bəzən karantindən qaçan insanlarda olur. Bu insan özünü fikirləşmirsə heç olmazsa yaxınlarını fikirləşməlidir. Bəlkə virus həmin şəxsdə var. Bu infeksiyanın yayılmasına ciddi səbəb ola bilərlər. Kimsə onları məcburi surətdə karantinə salmamalıdır. Bu məsələ həm də cəzalandırmaq da tələb edir axı. Mən tövsiyə edirəm xarici ölkələrdən gələn tələbələrimiz, xüsusilə İtaliyadan gələn gənclər karantin rejiminə xüsusi əməl etsinlər”.
Cəlal İsayev karantində vətəndaşların saxlanma şəraitinə isə belə aydınlıq gətirib: “Müasir otellər belə karantin üçün vətəndaşların istifadəsindədir. Xüsusi seçilmiş xəstəxanalar da var. Müvəqqəti bir tədbirdir, biz hamımız buna artıq alışmalıyıq. Qidalanmada da karantində ciddi bir problem yoxdur. Dövlət tərəfində bütün təminat həyata keçirilir. Bəzən mənə zəng edirlər ki, doktor biz analiz vermişik onun cavabının tezləşdirilməsi istiqamətində kömək edin. Bunun mümkün olmadığını deyirəm. Hətta məni karantindən tez buraxsınlar kimi də müraciət edənlər olur. Bu yolverilməzdir. Əvvəllər həkimə təzyiq edənlər və qaçanlar da olmuşdur. Bu nə dərəcədə təhlükəli bir infeksiyadır. Hər bir klinikada mühafizə polisi yerləşdirilib”.
“Vətəndaşların məsuliyyəti, nizam-intizamı, mübarizəmizi daha məqsədyönlü və uğurlu edəcək“ - deyən Baş infeksionist hər gün işdən evə gedən insanları daha diqqətli olmağa çağırır: “Hər bir insan işdən evə qayıdarkən mütləq üst paltarlarını qapının girişində asmalı, ertəsi gün həmin paltarları yenidən geyinmək lazımdır. Dəyişmək mütləqdir. Əli yumaq, ümumiyyətlə duş almaq vacibdir. Bayırda olarkən belə təmas ehtimalımız nə qədər az olsa yoluxma faktı da bizdən uzaq olar”
Cəlal İsayevin sözlərinə görə müayinədən kənarda qalmış insan cəmiyyət üçün çox təhlükəlidir. Ona görə də “evdə qal” şüarı hər gün çağırış olaraq səsləndirilir: “Yaşlı insanlar evdə qalmalıdır. Bundan vacibi isə odur ki, onları əhatə edən ailə üzvlərinin də bu prinsipə riayət etmələridir. Onları evdə qalmağa çağırırıqsa bu yoluxma riski azaldır. Özləri üçün də infeksiyanın təhlükəsizliyi təmin olunur, həm də infeksiyanın ailə üzvlərinə keçməsinin qarşısı alınır”.
Cəlal İsayev bildirib ki, ağır xəstələrin 85 faizini yaşlı insanlar təşkil edir: “Çindən yayılan xəstəliyin gedişatı ilə bağlı məlumatlarda 19 yaşadək olan insanlarda xəstəliyə yoluxma halı bir faiz təşkil edir. Burda müəyyən faktorlar var. Hesab olunur ki, cavanlarda immun sistemi çox güclüdür yaşlılarla müqayisədə. Eyni zamanda uşaqlar arasından anadan alınmış anticismlər var ki, bu onları müəyyən mənada qoruyur. Xəstəlik yenidir. Onun araşdırılması da zaman tələb edir. COVİD -19 insanda xəstəlik törədən yeddinci koronoviruslardandır”.
Baş infeksionist vətəndaşları tövsiyələrə barmaq arası baxmamağa çağırır: “İndi bəzi saytlarda yazılır ki, infeksiyanın dərmanı tapılıb. Tramp da bununla bağlı çıxış elədi. Amma heç bir dərman hələ tapılmayıb. Bir iki insan üzərində tətbiq olunan bu dərmanların müsbət nəticə verməsi gözləniləndir. Amma bu olmaya da bilər. Hər hansı bir preparatın nəticəsi geniş tədqiqat tələb edir. Sensasion məlumatlara uymaq lazım deyil. Bütün hallarda mütəxəssis rəyinə, rəsmi rəqəmlərə müraciət etmək lazımdır”.