“Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz, birdən-birə əvvəlki həyat tərzimizə qayıda bilmərik”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, virusa qarşı vaksin hələ tapılmayıb: “Hər birimiz həyat tərzimizdə dəyişiklik etməliyik. Xüsusi peyvəndlər müəyyən olunandan və insanlara tətbiq ediləndən sonra biz pandemiyanın bu və ya digər formada başa çatdığını elan edə bilərik”.