"Jurnalistlərimiz ön cəbhədədirlər" - Prezident köməkçisi
10 iyul 2020 17:44 (UTC +04:00)

"Jurnalistlərimiz ön cəbhədədirlər" - Prezident köməkçisi

“Mən Azərbaycan jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, jurnalistlər vətəndaşları dolğun, düzgün məlumatlandırmağa çalışırlar: “COVID-19-a yoluxub həyatını itirən jurnalistlərə rəhmət diləyirəm. Jurnalistlərin hamısının testdən keçirilməsinə gəlincə, müzakirə edərik, cavab verməkdə çətinlik çəkirəm”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Operativ Qərargahda sosial məsafə gözlənilir: “Gələcəkdə onlayn mətbuat konfransı da keçirilə bilər”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, simptomları olan şəxslərin testdən keçirilməsi tövsiyə olunur: “İş yerlərində kütləvi testlərin aparılması tövsiyə olunmur. Çünki bu, insanlarda yanlış rahatlığa gətirib çıxara bilər. Əsas odur ki, sosial məsafəni saxlayın, maska taxın, əl gigiyenasına riayət edin”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2362
avatar

Oxşar yazılar