“İnanırıq ki, iki həftə ərzində yoluxma dalğasının qırılmasına nail olacağıq”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E.Əmrullayev görülən tədbirlər nəticəsində noyabrın 2-dən təhsilin davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.