"Hərbi çağırış müddətinin uzadılması doğru qərardır" - Emin Həsənli
30 mart 2020 17:06 (UTC +04:00)

"Hərbi çağırış müddətinin uzadılması doğru qərardır" - Emin Həsənli

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında həqiqi hərbi xidmətə çağırışı müddətinin 31 may tarixinə qədər uzadılmasına qədər verilib.

Lent.az-a açıqlamasında məlum qərara münasibət bildirən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bunu yerində qəbul edilən düzgün qərar kimi dəyərləndirib:

“Bu, tam doğru bir qərardır. Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, çağırış sistemi uzadılır. Nə müharibə, nə də atəşkəs dövründə belə bir addım atılmayıb. Lakin bu gün koronavirusla bağlı elə bir təhlükəli situasiya meydana gəlib ki, belə bir addımın atılmasını zəruri edib.

Bu gün bu xəstəlik bütün dünyada sürətlə yayılmaqdadır. Azərbaycan dğövləti bu virusun yayılmasının qarşısını almaq üçün operativ qərarlar qəbul edib. Ictimai iaşə obyektləri, təhsil müəssisələri və s. bağlanıb. Hazırda mərhələli şəkildə karantin şərtlərinin sərtləşməsi müşahidə edilməkdədir. Fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı da fikirlər səslənirdi. Inşallah, inanıram ki, biz bu virusa qalib gələcyik və fövqəladə vəziyyətin elanına da ehtiyac olmayacaq.

Həqiqi hərbi xidmətə çağırış sisteminin xüsusiyyəti bundan ibarətdir ki, hər bir rayondan, şəhərdən, kənddən hərbi xidmətə gənclər cəlb olunur. Bir neçə gün bu virus özünü gizli saxlaya bilir. Bu səbəbdən də çağırış müddətinin uzadılması ölçülüb-biçilmiş bir qərardır və təqdir edilməlidir.

Bu gün ölkəmizdəki bütün güc orqanları, onların tabeliyindəki hərbi hissələr xüsusi rejimdə fəaliyyət göstərir. Hərbçilərimizin təhlıükəsizliyi istiqamətində ciddi addımlar atılır. Bu məqsədlə onların valideynlərlə görüşü də məhdudlaşdırılıb. Qeyd etdiyim kimi, bunların hamısı əsgərlərimizin sağlamlığı üçündür. Vətəndaşlarımızın böyük əksəriyyəti bu tədbirləri anlayışla qarşılayır. Məqsəd vətəndaşlarımızı, insanlarımızı qorumaqdır. Mən bunu mövcud vəziyyətdə qəbul edilən ən doğru qərar hesab edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar