“Hər şey müqayisədə çox gözəldir, hər şeyə müqayisədə baxılmalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında 190 manat yardımın nə dərəcədə yetərli olması ilə bağlı sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev qeyd edib ki, bütün dövlətlərdə bu tədbirlər həyata keçirilmir: “Biznesə, məşğulluğa dəstəklə bağlı 2,5 milyard manat ayrılıb. Vəziyyət qiymətləndirilir, buna uyğun da addımlar atılır”.