“Yığılan məlumatlara əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu göstərici 68,4 faizdir”
Lent.az məlumat verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda bildirilib:
“Qadınların 12,1 faizi keçmiş həyat yoldaşları, 11,9 faizi isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olub ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür”.