“Karantin infrastrukturu sərhəd-keçid məntəqələri olan yerlərdə daha çox qurulub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, bəzən bundan sui-istifadə edərək hansısa rayonda koronavirusa yoluxmanın daha çox olduğu barədə fikirlər səsləndirilir: “Hansısa rayonda 5, hansısa rayonda 7 xəstə ola bilər. Hansısa rayonu qırmızı, qara rənglə göstərmək, pandemiya ocağı kimi təqdim etmək olmaz”.