"Dezinfeksiya üçün sprey və gellərin istehsalına başlanılıb" - Nazir
27 mart 2020 10:24 (UTC +04:00)

"Dezinfeksiya üçün sprey və gellərin istehsalına başlanılıb" - Nazir

Gələn həftədən Azərbaycanda tibbi xalat və maskaların istehsalına başlanılacaq.

Lent.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, hazırda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyət göstərir: “Çeşidlər olaraq 100, 250, 500 millilitr, 1 və 5 litr həcmində spirt istehsal edilir və respublikada bütün ehtiyacları ödəməyə imkan yaradır. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Ölkədə dezinfeksiya üçün sprey və gellərin də istehsalına başlanılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522
avatar

Oxşar yazılar