“Bütün gücünüzü sərf edirsiniz” – Prezidentə MƏKTUBLAR
15 iyun 2020 14:39 (UTC +04:00)

“Bütün gücünüzü sərf edirsiniz” – Prezidentə MƏKTUBLAR

Ölkə vətəndaşları dövlətimiz tərəfindən respublikada insanların sosial rifah halının gündən-günə yaxşılaşdırılması, sabitliyin və ictimai qaydanın qorunub saxlanılması məqsədilə həyata keçirilən məqsədyönlü islahatlara görə Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayırlar.

Lent.az Astara rayonu Ərçivan qəsəbəsinin bir qrup ziyalısı və ağsaqqalı adından Əzimov Güloğlan Sattar oğlunun məktubunu təqdim edir:

 “Möhtərəm cənab Prezident.
Siz fəaliyyətiniz dövründə həmişə xalqa böyük diqqət və qayğı göstərməklə, vətəndaşların azad və firavan yaşaması üçün bütün gücünüzü sərf edirsiniz. Buna görə də xalqımız Sizi daim dəstəkləyir, verdiyiniz Sərəncamları alqışlayır.
Ölkəmizə rəhbərliyiniz dövründə bir çox sahələrdə köklü dəyişikliklər olmuş, insanlara sosial xidmətlərin vəziyyəti xeyli yaxşılaşmışdır. Dövlət idarəetmə sistemində aparılan islahatlar nəticəsində bir çox qurumların işində ciddi dönüş yaranmış, qanun-qayda, nizam-intizam yüksək səviyyəyə çatdırılmışdır. Biz bu gün sahibkarların fəaliyyəti üçün hər cür şərait yaradıldığını görürük, şahidi oluruq.
Cənab Prezident, bütün bunlar Sizin dövlət, xalq qarşısındakı əvəzsiz xidmətlərinizin bariz nümunələridir. Buna görə də Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3415
avatar

Rəşad Sarıyev

Oxşar yazılar