Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Masazırda post qurulması məsələsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, o deyib ki, Masazırda postların qurulmasında məqsəd istirahət və əyləncə məqsədilə avtomobillə Bakıya gəlmək istəyənlərin qarşısını almaqdır: "Ancaq fəaliyyətinə icazə verilən şəxslərin işə gəlməsinə heç bir məhdudiyyət yoxdur".