"Azərpoçt"  Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu həyata keçirir
01 oktyabr 2020 17:14 (UTC +04:00)

"Azərpoçt" Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu həyata keçirir

Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilməklə ordu və dövlətə dəstək kampaniyasına başlanılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Lent.az-a verilən məlumata görə, ianələrin qəbulu nazirliyin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin bütün poçt şöbələri ilə yanaşı, "Şəbəkə" xidmət mərkəzlərində də həyata keçirilir.

Qurumlar və fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu ödənişlərin ləğv imkanı yoxdur. İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Oxşar yazılar