Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalq artisti Afaq Bəşirqızının işlətdiyi bir ifadəyə görə ona qarşı səsləndirilən sərt ittihamlara etirazını bildirib.
Lent.az həmin eritazı diqqətinizə çatdırır:
"Mən xalqımızın sevimlisi, xalq artisti Afaq Bəşirqızına qarşı bəzi mənfur ünsürlər tərəfindən aparılan mənəvi terroru qətiyyətlə pisləyir və dərhal bu iyrənc kampaniyanı dayandırılmağa çağırıram. Afaq xanım xalqını sevən, onun ağrı-acısı ilə yaşayan, öz mövqeyi olan bir ziyalımızdır. Afaq xanımın çıxışına tam qulaq asıb onun məzmununa qiymət vermək lazımdır. Ayrıca kontekstdən çıxarılmış bir cümləni müzakirəyə çıxarmaq yolverilməzdir. Bundan başqa hər kəs hansısa fikrini bəzən uğursuz ifadə edə bilər. Əgər kimsənin qiymətləndirməsi tənqididirsə, həmin fikrə etika çərçivəsində etiraz edib münasibət bildirmək olar. Amma danışarkən ağızlarından çirkab tökməyə alışmış bu qaragüruhçular əslində xalqımızı parçalayıb nəyəsə nail olmaq istəyirlər, amma əminliklə deyirəm ki, qazanacaqları xalqımızın nifrəti olacaq".