"Zəfərimizi birliyimizə borcluyuq" - ŞƏRH
08 noyabr 2021 17:12 (UTC +04:00)

"Zəfərimizi birliyimizə borcluyuq" - ŞƏRH

"44 günlük vətən müharibəsində orudmuz müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında erməni terrorçularını Azərbaycan ərazisindən qovdu və ərazi bütövlüyümüzü bərpa edildi". 

Bu sözləri Lent.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

O bildirib ki, əldə etdiyimiz bu qələbəni Ali Baş Komandana, şəhidlərə, qazilərə və xalqımızın birliyinə borcluyuq:

“Vətən müharibəsi zamanı bizim qələbəmizi şərtləndirən əsas amil xalq, ordu və Ali Baş Komandan biriliyi idi. Bu birlik isə dəmir yumuruğa çevrilərək, düşmənin başına unutmayacağı bir zərbə endirdi. Bu zərbədən sonra isə düşməndə Azərbaycana qarşı yenidən təcavüzkar siyasət yeritmə cəsarəti olmayacaq. 
 
Bu gün xalqımız ilk Zəfər Bayramını qeyd edir. Qələbə tarixini yaşadıqdan sonra biz daha da güclü olmalı və çalışmalıyıq ki, birliyimizi, cənab prezidentə, vətənə sadiqliyimizi qoruyaq, çünki Azərbaycan ancaq bu yolnan gedərsə, güclü olar. 

Bundan sonra hamımız Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dəstək olmalıyıq ki, məcburi köçkünlər tezliklə öz yurdlarına qayıtsınlar. Şəhidlərimizi unudulmağa qoymayaq, qazilərə dəstək olaq. Onlar üçün əlimizdən gələni etməliyik. 

 Yaşasın Azərbaycan! Zəfər Bayramınız mübarək!”

# 2004
avatar

Oxşar yazılar