YAP-da İcra katibliyi ləğv edildi -  YENİLƏNİB
05 mart 2021 16:55 (UTC +04:00)

YAP-da İcra katibliyi ləğv edildi - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasında (YAP) icra strukturu Mərkəzi Aparat olacaq.

Bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

O qeyd edib ki, partiyada İcra katibliyi ləğv edilib.

Qeyd edək ki, YAP-ın VII qurultayına qədər partiyanın icra katibi Əli Əhmədov olub. Bu gün Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Əli Əhmədov da YAP sədrinin müavini təyin edilib.

***

16:38

Yeni Azərbaycan Partiyasında (YAP) yeni struktur olacaq.

APA-nın məlumatına görə, partiyanın Mərkəzi Aparatı yaradılıb.

Tahir Budaqov YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edilib.

# 2352
avatar

Oxşar yazılar