"Xocalı soyqırımında 366-cı motoatıcı alay xüsusi rol oynayıb" - Prezidentin köməkçisi
25 fevral 2022 11:59 (UTC +04:00)

"Xocalı soyqırımında 366-cı motoatıcı alay xüsusi rol oynayıb" - Prezidentin köməkçisi

“30 il əvvəl Azərbaycanın Xocalı şəhərində faciə baş verib”.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq mətbuatda Xocalı soyqırımının işıqlandırılması barədə danışıb.

“Xocalı tək Azərbaycanın faciəsi deyil, bu, bəşəriyyətin ləyaqətinin alçaldılması idi. Xocalı bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir”, - Hikmət Hacıyev qeyd edib.

O vurğulayıb ki, soyqırımın törədilməsində 366-cı motoatıcı alay xüsusi rol oynayıb: “Xocalı mütəşəkkil hərbi qüvvələrin keçirdiyi əməliyyat zamanı işğal olunub, soyqırımı törədilib”.

Hikmət Hacıyev bildirib ki, Xocalı həm də Ermənistan dövlətinin məğlubiyyəti idi, bir dövlət kimi mənəvi əsaslarını itirdilər.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Ermənistan, erməni xalqı Xocalı faciəsinə görə üzr istəməlidir: “Üzr istəməlidirlər ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3788

Oxşar yazılar