Zəminə Dünyamalıyeva İctimai Palatadan da istefa verdi
30 oktyabr 2013 13:01 (UTC +04:00)

Zəminə Dünyamalıyeva İctimai Palatadan da istefa verdi

Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sabiq sədri və Milli Şuranın keçmiş üzvü Zəminə Dünyamalıyeva üzvü olduğu digər bir siyasi birlikdən – İctimai Palatadan da istefa verərək, buradakı fəaliyyətini dayandırdığını açıqlayıb.

 

Bu barədə Lent.az-a açıqlamasında o, özü məlumat verib.

 

Z.Dunyamalıyeva bildirib ki, o, İctimai Palatanın hələ də fəaliyyətini davam etdirirsə, o, Milli Şuradan istefa verdikdən sonra bu qurumdan da getmiş hesab olunur: “Mən İctimai Palatanın özünü buraxdığını düşünürdüm. Ancaq bu qurum hələ də mövcuddursa, mən təbii ki, buradan da getmiş hesab olunuram”.

 

O, bu qurumdan istefa verməklə bağlı hər hansı xüsusi müraciət və ya ərizə yazmaq fikrində deyil: “Oraya üzv olanda ərizə yazıb qəbul olunmuşdum ki, indi də ərizə yazıb çıxım? Mən Milli Şuradan istefa verdiyimi açıqlayandan sonra İctimai Palatadakı fəaliyyətimi də dayandırmışam”.

 

ACP Ali Məclisinin sabiq sədri deyib ki, əslində Milli Şura yarananda İctimai Palata öz fəaliyyətini dayandırmışdı, çünki buradakı şəxslərin demək olar, hamısı yeni yaranan quruma keçmişdi: “Bir neçə adam bunu özünə hobbi bilir ki, hansısa adda qurum olsun, bunun da adı orda olsun. İctimai Palatanın bütün üzvləri Milli Şuradadırsa, bu qurum qalıb-qalmamağının hansı əhəmiyyəti var axı?!”

 

Qeyd edək ki, Z.Dünyamalıyeva Milli Şuranın sonuncu sessiyasında özünün müraciətinə əsasən bu qurumun üzvlüyündən çıxarılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936
avatar

Anar Gəraylı

Oxşar yazılar