Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla müdafiə naziri təyin edilən Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun vəzifəsini kimin icra edəcəyi məlum olub.
Bu barədə Lent.az-a Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Z.Həsənovun vəzifəsini Daxili Qoşunların qərargah rəisi, general-mayor Şirin Xəlilov icra edəcək.
Məlumatda bildirilir ki, hələlik DQ-nin komandanının yerinə heç bir təyinat yoxdur. Yeni təyinata DQ komandanın vəzifəsi müvəqqəti icra ediləcək.