YAP Rüstəm İbrahimbəyovun addımına münasibət bildirdi
29 noyabr 2013 18:04 (UTC +04:00)

YAP Rüstəm İbrahimbəyovun addımına münasibət bildirdi

“Biz demişdik, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, sonra məlum oldu ki elədir. Demişdik, o, Rusiya vətəndaşlığından çıxmayacaq, elə də oldu. Demişdik, Bakıya gəlməyəcək, gəlmədi. Demişdik, seçki prosesində iştirak etməyəcək, etmədi. Biz bunların hamısının şahidi olmuşuq”.

 

Bu sözləri Lent.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra aparatının sədr müavini Siyavuş Novruzov deyib. O, R.İbrahimbəyovun MŞ sədrliyindən istefa verməsinə münasibət bildirib.

 

S.Novruzov bildirib ki, YAP rəsmiləri həmçinin qeyd etmişdilər ki, R.İbrahimbəyov MŞ-ə sədrlik edə bilməyəcək, bu fakt da gerçəkləşdi: “Rüstəm İbrahimbəyov siyasətçi deyildi, onun özünün işləri var, ssenari yazmaqla məşğuldur. Xarici qüvvələrin təklifi ilə Milli Şuraya sədr olmuşdu, indi də missiyasını başa çatdırdı”.

 

YAP rəsmisinin sözlərinə görə, MŞ-də hazırda partiyaların bu qurumu öz nəzarətlərinə keçirmələri uğrunda mübarizə gedir: “Biz demişdik ki, Milli Şuranın aqibəti də İctimai Palata kimi olacaq. Elə də olur. Bundan sonra partiyalar Milli Şuranı öz nəzarətlərinə alacaqlar və bu qurum olacaq İctimai Palata. Az sonra da dağılıb gedəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Anar Gəraylı

Oxşar yazılar