Bu gün Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs-qətimkan tədbirinin artırılması ilə bağlı məhkəmə prosesi keçiriləcək.
Lent.az-ın məlumatına görə, proses saat 15:00-da Sabunçu rayon Məhkəməsində baş tutacaq.
Qeyd edək ki, Y. Sadıqov Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Bir müddət əvvəl Lənkəran Rayon Məhkəməsi Y. Sadıqov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.