Xorvatiyanın baş naziri Azərbaycana gəlir
13 dekabr 2013 17:25 (UTC +04:00)

Xorvatiyanın baş naziri Azərbaycana gəlir

Dekabrın 16-17-də Xorvatiyanın baş naziri Zoran Milanoviç Azərbaycana səfər edəcək.


 

Xorvatiya hökumətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, baş nazir “Şahdəniz” konsorsiumunun “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının elan olunması mərasimində iştirak edəcək.

 

Səfər çərçivəsində Z.Milanoviçin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. Görüşdə ikitərəfli əlaqələrin inkişafı, energetika, gəmiqayırma, infrastruktur və turizm sahələrinə investisiya qoyuluşları müzakirə olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar