XİN: "Nalbandyan ya bunları bilmir, ya da..."
03 noyabr 2014 18:41 (UTC +04:00)

XİN: "Nalbandyan ya bunları bilmir, ya da..."

 

"Beynəlxalq hüququn, xüsusilə xalqların öz müqəddəratını təyin etmə prinsipinin siyasiləşdirilməsi və ondan siyasi siyasi möhtəkirlik məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Təəssüf ki, Ermənistanın təcrübəsində biz bunun şahidi oluruq".

 

Lent.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki,  BMT nizamnaməsində xalqların öz müqəddəratını təyin etmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və işğal altında olan və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə müəyyən olunub: "1975-ci il Helsinki Yekun aktında deyilir: BMT Nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşacaqlar”. Göründüyü kimi, öz müqəddəratını təyinetmə ərazi bütövlüyü hüququ və BMT Nizamnaməsi ilə ziddiyyət təşkil etməməlidir. Ərazi bütövlüyü ilə əlaqədar Helsinki Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazisini birbaşa və ya dolayısı zor vasitəsilə hərbi işğal və ərazi əldə etmək obyekti etməməlidirlər. Həmçinin həmin sənəddə bu cür işğal və ya ərazi əldə edilməsinin qanunu hesab edilməyəcəyi bildirilir. Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyinetmə hüququndan danışmaq yersizdir. Ermənistanın bu əməlləri xalqların öz müqəddəratını təyinetmə hüququnun təməl prinsipləri, mahiyyəti və fəlsəfəsi ilə ziddiyyət təşkil edir. Ermənistan xarici işlər naziri E.Nalbandyan ya bunları bilmir, ya da məqsədyönlü şəkildə beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyinetmə prinsipini siyasi möhtəkirlik obyektinə çevirir ki, bu da çox ciddi təəssüf doğurur”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849

Oxşar yazılar